Məmurlara `WhatsApp` qadağası


13:11     30 Sentyabr 2016 474582.jpg

Rusiya məmurlarına "WhatsApp", "Viber" və "Telegram" kimi sertifikatlaşdırılmamış kommunikasiya əlavələrindən istifadə etmək qadağa qoyulacaq. Qayda pozucularına qarşı vəzifədən kənarlaşdırılma da daxil olmaqla, intizam cəzası tətbiq ediləcək.


Femida.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.

Məlumata görə, qeyd olunan məsələni nizamlayacaq normativ aktların hazırlanmasına görə məsuliyyət Federal Təhlükəsizlik Xidmətinin üzərinə qoyulacaq.

Sənədin 2017-ci ilin birinci rübünün sonunadək hazırlanacağı gözlənilir.

Qadağa məmurların şəxsi məsələlərinin populyar messencerlər vasitəsilə müzakirəsinə şamil edilməyəcək.

Açar sözlər:

Oxunub: 1801